Bizimlə əlaqə saxlayın

Contact Us

Client Orbital ATK

Location Yuta, ABŞ

sektorlar İstehsalat

Çətinlik

Mühərrikləri çox isti yerlərdə soyuq saxla

Development Motor-2-nin və ya DM-2-nin (NASA-nın ikinci, tam işlənib hazırlanmış beş hissəli bərk yanacaqlı Ares raket mühərriki) sınaqdan keçirilməsi zamanı Orbital ATK problemlə üzləşdi.

Mühərrikin aşağı temperaturlarda işləyə biləcəyini sübut etmək üçün soyuq mühərrik sınağı çox vacib idi, lakin bu, mühərrikin və yanacağın 40ºF (5ºC) dərəcədə saxlanması demək idi. Yuta sınaq meydançasında 100ºF (38ºC) dərəcəni aşan ətraf mühit temperaturu ilə buna nail olmaq çox çətin idi. Orbital ATK komandası bizdən mühərrik və yanacağın yerləşdiyi müvəqqəti sınaq binalarında donma dərəcəsinə yaxın şərtləri simulyasiya edən soyutma sistemi yaratmağı istədi.

Bu cür sistemdə sıfır dərəcənin altında olan su kondensasiya etməyə və dolaqları qırovla örtməyə meyllidir, buna görə də bizə donu açmaq üçün daxili elektrik isidicisi quraşdırmaq lazım idi. Başqa çətinlik ondan ibarət idi ki, binalar çox kiçik olduğundan soyutma avadanlığımız bina xaricində yerləşdirilməli olacaqdı.

Nəhayət, yerdəki komanda binaları raketə yaxınlaşdırmalı və raketdən uzaqlaşdırmalı idi və bu çətinliklərə baxmayaraq, havanı düzgün temperatur səviyyəsində saxlamaq üçün quraşdırdığımız sistem kifayət qədər uyuşqan olmalı idi.

Layihəyə dair faktlar

DM-2

Bərk yanacaqlı ən güclü raket mühərriki

> 100ºF (38ºC)

Yuta sınaq meydançasında temperaturlar

20ºF (-6,7ºC)

Sınaq binalarında tələb edilən temperatur

40ºF (5ºC)

Soyuq mühərrik sınağını həyata keçirmək üçün lazım olan şərtlər

Aşağı temperatur sərinləmə

Don açma rejiminə malik aşağı temperaturlu hava hazırlama qurğuları

Həll yolu

Xüsusi hazırlanmış, adaptasiya edilə bilən hava soyutma sistemi

Biz, sərinləşdiricilər daxil olmaqla, donu açıla bilən üç ədəd iki şaxtalı aşağı temperaturlu hava hazırlama qurğularından ibarət hava soyutma sistemini konstruksiya etdik. Hava işləyicilərindən biri binanın içərisindən havanı çəkdi, 20ºF (-6.7ºC)-yə qədər soyutdu və daha sonra geriyə göndərdi, digər biri isə gözləmə rejimində və ya defrost rejimində idi. Daha sonra biz təmiz havanı içəri ötürmək və isti, nəmli havanı bayıra çıxarmaq üçün hava təzyiqini artıracaq hava hazırlama qurğusunu quraşdırdıq.

Biz real şərtlər altında sınaqdan bir az öncə avadanlığı binadan araladıq və raketin buraxılmasına bir dəqiqə qalana qədər DM-2-nin birləşmələrini soyutmaq üçün xüsusi hava kondisioner sistemini işə saldıq. 

aggreko-nun fərqi

Peşəkar, öz işinə bağlı və əməkdaşlıqda mükəmməl. Biz öz ad-sanımızı buna borcluyuq.

Təsir

Vaxtında və hər zaman yüksəlişə hazır

Sınaqlar vaxtında həyata keçirildi və bu, sınağa qatılmış hər kəs üçün çox böyük nailiyyət idi. Heç şübhə yoxdur ki, Orbital ATK ilə yaxın əməkdaşlığımız və bu işə mütəxəssis yanaşmamız layihənin uğur qazanmasında – insan uçuşları üçün nəzərdə tutulmuş bərk yanacaqlı ən güclü raket mühərrikinin sınaqdan keçirilməsində mühüm rol oynadı.

“Heç şübhə yoxdur ki, Orbital ATK ilə  yaxın əməkdaşlığımız və bu işə mütəxəssis yanaşmamız layihənin uğur qazanmasında mühüm rol oynadı.”

Sizə nə lazım olduğunu bizə söyləyin

Sizin üçün uyğun olanı tapmaqda köməklik edəcəyik.