Bizimlə əlaqə saxlayın

Contact Us

Client Maçu Pikçu Elektrik Stansiyası / Santa Tereza hidro elektrik enerji stansiyası

Location Kuzko, Peru

sektorlar Kommunal xidmətlər

Çətinlik

Müvəqqəti enerjini dəniz səviyyəsindən 3400 hündürlüyə çatdırmaq

Kuzko Andesdə dəniz səviyyəsindən 3400 metr hündürlükdə yerləşir. O, turistlər üçün Maçu Pikçu mədəni və kommersiya məqsədli Dünya irsi siyahısına düşən bir ərazidir və elektrik oranın əsasını təşkil edir: o, yerli iqtisadiyyatı və icmanı enerji ilə təmin edir. 

Beləliklə Maçi Pukçu Enerji Stansiyası və Santa Tereza hidroelektrik zavodu arasında təchizat 45 günlük dayanma təhlükəsi ilə qarşılaşdıqda, Peru höküməti bizə müvəqqəti enerji üçün müraciət etdi. Biz avadanlıq Andes üzərindən keçirərək hündür ərziyə gətirməyin əməktutumlu olduğunu bilirdik, lakin biz buna hazır idik.

Layihəyə dair faktlar

45 gün

Müvəqqəti enerji lazım idi

3400 metr

Dəniz səviyyəsindən yuxarıda

1105 km

Uzaq məsafə avadanlığı nəql edildi

20 MV + 10 MVatt

Enerji planları təmin edildi

Həll yolu

Yüksək ərazilər üçün xüsusi şəkildə qurulmuş avadanlıq 

Biz avadanlığı ölkə boyu 1105 kmlik ərazidən keçirərək beş gün ərzində sahəyə gətirdik. Mü.təri iki quraşdırmanı istəyirdi: biri 20 MVAtt və digəri 10 MVatt. Problem deyil. Biz müxtəlif saylı generatorlar, transformatorlar və yanacaq çənlərindən istifadə etdik, lakin hündürlük ən böyük problem idi. 

Generatorlar ən yaxşı dəniz səviyyəsində fəaliyyət göstərir, beləliklə mühəndislər hündürlüyün təsirlərinə maneə yaratmalı idilər (proses gücün azaldılması adlanır). Normal halda hər 1000 metrdə 10 faiz məhsuldarlıq azalması baş verir, lakin innovativ dizaynımız ilə biz hər iki sahədə cəmi 10 faiz güc azalmasına nail olduq. Bu, müştəri üçün böyük xərc qənaəti ilə nəticələndi.

aggreko-nun fərqi

Biz işi hətta kəskin şəraitlərdə yerinə yetirmək üçün avadanlıq və biliyə malikik.

Təsir

Müştəri üçün xərcə qənaət, yerli şirkət üçün adi biznes 

Müvəqqəti təchizat Kuzkonu enerji ilə təmin etdi və əsas enerji təchizatı işə düşənə qədər 45 gün fəaliyyət göstərdi. Yerli kafelər, restoranlar və turizm şirkətləri işləməyə davam etdi, heç bir ticarət və gəlir itkisinə məruz qalmadı. 

Biz Layihənin Ətraf Mühitə Təsirinin qiymələndirilməsi və istehsala icazənin təminatı kimi digər tapşırıqları üzərimizə götürməklə problemsiz layihəni təqdim etdik. Bu müştərinin vaxta və stresə qənaət etməsinə kömək etdi. İki zavodumuzun dizaynı kəskin hündürlük şəraitində işləyən mühərriklərimizin məhsuldarlığını maksimallaşdırdı, müəyyən xərclərə qənaət etdi.

"Ərazi və yüksəkliklər çox tələbedici idi, lakin əvvəllər də çətin şəraitdə işlədiyimiz üçün layihəni uğurla bitirəcəyimizi bilirdik."

Sizə nə lazım olduğunu bizə söyləyin

Sizin üçün uyğun olanı tapmaqda köməklik edəcəyik.