24 Apr 2017

Aggreko və Avropa Turu altı illik əməkdaşlıq üçün razılığa gəliblər.

Avropa Turunun press-relizi
 

Enerji və temperatur nəzarəti sistemləri üzrə ixtisaslaşmış Aggreko Avropa Turu ilə 2023-cü ilə qədər yeni uzunmüddətli əməkdaşlıq sazişi üçün razılığa gəlmişdir.

Aggreko Avropa Turunun müvəqqəti enerji və iqlim nəzarəti təchizatçısı olaraq, dünya üzrə kişilər arasında çoxsaylı peşəkar qolf turnirlərinə, o cümlədən hər il keçirilən Rolex Series-in dörd premiun tədbirinə və 2018 və 2022-ci illər Ryder Cups turnirlərinə xidmət göstərir.

Aggreko 2017 və 2023-cü illər arasında Avropa Turu, European Challenge Tour və European Senior Tour yarışları üçün hər il ən azı 12 turniri müvəqqəti enerji hasilatı, paylanması və temperatur nəzarəti avadanlıqları - habelə müvafiq dizayn və layihə idarəetmə xidmətləri ilə təmin edəcək.

2017-ci ildə Avropa Turunun beynəlxalq cədvəlinə 26 ölkədə ən azı 47 turnir, o cümlədən, ilboyu davam edən Race to Dubai yarışının bir hissəsi olaraq keçirilən səkkiz Rolex Series tədbiri və sezonu başa vuran European Tour Number One daxildir.

Avropa Turu həmçinin Challenge Tour və Senior Tour yarışlarını idarə edir, habelə Ryder Cup Europe yarışının İcraşı Partnyorudur, hansı ki, PGA of America ilə yanaşı ən böyük qolf komanda yarışına, The Ryder Cup yarışına rəhbərlik edir.

2017-ci ildə başlamış Rolex Series tədbiri European Tour-un beynəlxalq cədvəlində premium turnir kateqoriyasıdır və hal-hazırda dünya üzrə səkkiz turnirdən ibarət olmaqla, minimum mükafat fondu US$7 milyon təşkil edir.

Natan Homer, Avropa Turunun Baş Kommersiya və Marketinq Direktoru demişdir: "Oyunları yeniləşdirmək, böyütmək və premium Rolex Series kimi mühüm təşəbbüsləri reallaşdırmaq planlarımızla irəli getdikcə, Aggreko ilə bu yeni əməkdaşlıq daimi olaraq böyüyən və inkişaf edən biznesimizdə qarşılaşdığımız çətinlikləri azaldacaq.

“Dünyanın 30-dan çox ölkəsində geniş təmsil olunmaqla Aggreko Avropa Turunun qlobal dünya görüşünə cavab verən etibarlı və iddialı şirkətdir və önümüzdəki altı il ərzində hər iki şirkətin manefeyinə xidmət edəcək birgə əməkdaşlığı səbirsizliklə gözləyirik.”

Robert Wells, Aggreko Tədbir Xidmətlərinin İcraçı Direktoru demişdir: "Biz Avropa Turu ilə onlar üçün bu həyəcanverici gündə uzunmüddətli əməkdaşlığa başlamağımızın böyük coşğusunu yaşayırıq.

“Rolex Series yarışına start vermiş və gələcək üçün bir çox başqa iddialı planları olan European Tour-un müvəqqəti enerji və iqlim nəzarəti avadanlıqlarının eksklüziv təchizatçısı kimi ən yüksək xidmət və innovasiya səviyyəsini təqdim etməyi səbirsizliklə gözləyirirk. Bu, Avropa Turu ilə əməkdaşlıqda Aggreko-nun qət etdiyi mühüm məsafədir və bu razılaşma sayəsində bu cür nüfuzlu turnirin gələcək planlarının bir hissəsi olmağımızdan çox məmnunuq.”

Aggreko hər il dörd Rolex Series tədbirinə – BMW PGA Championship, HNA Open de France, Rory Foundation tərəfindən keçirilən Dubai Duty Free Irish Open və Aberdeen Asset Management Scottish Open – əlavə olaraq Sky Sport tərəfindən dəstəklənən Portugal Masters, British Masters və Sergio Garcia Foundation tərəfindən keçirilən Andalucia Valderrama Masters yarışlarına xidmət göstərəcək.

Sazişə həmçinin hər il bir Challenge Tour və üç Senior Tour tədbirləri, 2018-ci ildə Fransada Le Golf National yarışının və 2022-ci ildə İtaliyada Marco Simone Golf and Country Club yarışının növbəti iki Ryder Cup ev turniri daxildir.