12 Jul 2017

Aggreko təhlükəli zonalarda istifadə olunacaq dünyanın ilk icarəyə verilən generator qurğusunun istehsalına başlamışdır

Təhlükəsiz Aggreko generatoru

Aggreko təhlükəli sahələrdə icarə məqsədi ilə istifadə ediləcək sertifikatlaşdırılmış yeganə dizel generatorunun təchizatını həyata keçirmişdir.

750 kVA-lıq qurğu ATEX tərəfindən tam təsdiq edilib və həm quruda həm də dənizdə təhülkəli zonalarda istifadəyə imkan verən bütün təhlükəsizlik funksiyalarına malk olmaqla, partlayış riski olan sahələrdə elektrik hasil edən dünyada ilk qurğu hesab edilir.

Onun unikal dizaynı modifikasiya və əlavə quraşdırma tələb olunmadan sürətli istismara başlamağa imkan verir və beləliklə vaxta və xərclərə, habelə yer tutumuna qənaət edir, heyət, iş yeri və bütün əlaqədar avadanlıqlar üçün təhlükə riskini azaldır.

Həmçinin yanğından mühafizə arakəsmələrinin dəyişdirilməsinə və ya təmizləyici həlledicilərə ehtiyac yoxdur, bu isə ətraf mühit üçün yaxşı xəbərdir. O, həm də səssizdir.

“Aggreko hər zaman müştərilərimizi ən qabaqcıl texnologiyalarla təmin etməyə və bütün personal və biznes əməliyyatları üçün mümkün ola biləcək ən təhlükəsiz mühitləri təmin etməyə çalışır, buna görə də təhlükəsizlik sahəsindəki bu dəyişikliyi elan etmək bizim üçün fəxrdir,” Con Uilson, Aggreko-nun Şimal Regionu üzrə Sahə Baş Meneceri demişdir.

"Bu, çox mühüm sərmayedir və həyəcanverici irəliləyişdir, hansı ki, təhlükəsizliyin əhəmiyyətli olduğu bir çox sənaye sahələrində standartı yüksəldəcək."

Bu generator neft-qaz, neft-kimya və neft emalı, mədən, yeyinti sənayesi sahələrində istifadə edilmək üçün idealdır - bu sahələrin hamısında Aggreko güclü mövqelərə malikdir.

Dünyanın ən böyük icarəyə verilən, səyyar, modulyar enerji istehsalı avadanlıqları parkına sahib olan şirkət bu generatorun sahə sınaqlarına başlamışdır və artıq bir çoxlarında maraq oyatmışdır.

Bu qurğu Norveç hökümətinin “Innovasjon Norge” təşəbbüsünün əlavə maliyyə dəstəyi ilə Aggreko və JB Well Solutions tərəfindən Norveçdə yaradılmışdır.

“Təhlükəli sahələrdə riskin azaldılması bir çox sənaye sahələri üçün əsas hədəfdir, buna görə də bu, diqqəti yönəltmək üçün mükəmməl yer oldu,” Gisle Odemotland, JB Well Solutions şirkətinin İcraçı Direktoru demişdir.

"Partlayışlar bizə çox baha başa gəlir - insan həyatı, istehsal, avadanlıq, işgüzar etibar - risk çox böyükdür, ona görə də bu generator bir çox sənaye sahələri üçün mühüm əhəmiyyət kəsb edir.

"Aggreko bu sahədə ideal tərəfdaşdır. Təhlükəsizlik onların devizidir, lakin onların bütün dünyada təmsil olunması, bütün sahələr üzrə təcrübəsi və aparıcı avadanlıqalr parkı onları bizim üçün mükəmməl edir."

Sahə sınaqları hal-hazırda Norveçdə həyata keçirilir.

əsas əlaqələr