02 May 2017

Aggreko Eritreyada 10 illik günəş-dizel sazişi imzalamışdır

Mədən quyusundan keçən yük maşınları

Aggreko Eritreyada Nevsun şirkətini günəş-dizel hibrid enerjisi ilə təmin etmək çün 10 illik saziş imzalamışdır.

Qərargahı Qlazqoda yerləşən Nevsun-un mis və sink əməliyyatlarını 22 MVt dizel və 7,5 MVt günəş enerjisi ilə təmin edəcək.

“Biz fəxr edirik ki, Nevsun Eritreyadakı mədən əməliyyatlarını enerji ilə təmin etmək üçün bizi seçmişdir,” Aggreko-nun CEO-su, Kris Ueston demişdir.

"Texnologiya heç zaman yerində dayanmır və eləcə də Aggreko. Səyyar, modulyar enerji avadanlıqlarımız xidmət etdiyimiz cəmiyyətlər üçün mühüm fərq yaratmağa imkan verir və günəş-dizel hibrid qurğularımız müştəriləri əlavə yanacaq əlverişliliyi ilə qənaətli, etibarlı və arasılkəsilməyən enerji ilə təmin edən innovasiyanın bir nümunəsidir."

Aggreko-nun günəş-dizel hibrid enerji qurğusu gecə-gündüz arasıkəsilməz enerji təminatı üçün qənaətliliyi və bərpa edilə bilən yaşıl enerjini etibarlı dizel enerjisi ilə kombinasiya edir.

Şirkət əlli ildən çoxdur ki, bir çox sənaye sahələrində və dünyanın fərqli yerlərində innovativ enerji planları işləyib hazırlamışdır və qazandığı bu geniş bilikləri mühəndislərinin işlədiyi hər yeni layihədə tətbiq etməyə davam edir.

Hibrid proqramı Aggreko-nun Şotlandiyanın Dumbarton qəsəbəsində yerləşən qabaqcıl istehsal və texnologiya mərkəzində yaradılmışdır və burada dünyanın ən səmərəli hesab edilən ən son dizel generatorlarından istifadə edilir.

Optimal istismar və yanacaq səmərəliliyini təmin etmək üçün onlara Aggreko Məsafədən Monitorinq (ARM) telemetriyasından istifadə edilərək nəzarət edilir.

hibrid elektrik stansiyaları haqda ətraflı öyrən

 


əsas əlaqələr