28 Jun 2017

Bio-dizel, akkumulyatorlar və telemetriya Qlastonberi səhnələrini silkələməyə davam edir

Aggreko tərəfindən enerji ilə təmin olunmuş Qlastonberi festivalı

Britaniyanın ən məşhur musiqi festivalı yenidən öz qapılarını bağlamışdır, bu dəfə günəşli günlər və xoş temperaturlarla.

Gözəl hava Qlastonberiyə gedən minlərlə festival iştirakçıları, musiqi və şənliklə zəngin daha bir möhtəşəm həftə sonunu enerji ilə təmin etmək üçün yenidən Aggreko-nu seçmiş tədbir təşkilatçıları üçün əla xəbər idi.

“Qlastonberi ilin yaddaqalan musiqi festivalıdır və təşkilatçıların bu illər ərzində onları enerji ilə təmin etmək üçün bizi seçdikləri ilə fəxr edirik ” Kris Ueston, Aggreko-nun CEO-su demişdir.

"Həmişə olduğu kimi, təmin etdiyimiz enerjinin etibarlı olması və Qlastonberinin festival məkanlarının və istirahət zonalarının bu tədbiri mükəmməl etmək üçün əlimizdən gələni etmişik. Buraya müvəqqəti tikililərdə temeperatur səviyyələrinin nəzarət altında saxlanması Qlastonberinin məşhur hava dəyişkənliyindən asılı olmayaraq, ifaçıların və VİP qonaqların rahatlığı təmin edilməsi məqsədilə daxil idi"

Aggreko 10 ildir ki, Qlastonberi festivalını enerji, istilik və soyutma sistemləri ilə təmin edir, həmçinin festivalın bərpa edilə bilən enerji tələblərinə cavab vermək üçün 2009-cu ildən Qlastonberini bio-dizel generatorları ilə təchiz edir.

Tədbirin enerji təminatı üçün Aggreko-nun 230 generatordan ibarət parkı 60 min litr hidrotəmizlənmiş bitki yağı (HVO) yanacağından istifadə etmişdir və bir sıra innovativ, yanacağa qənaət edən, litium akkumulyator tutumlu hibrid sistemlərdən ibarət idi. Avadanlıqların etibarlılığını təmin etmək və ərazi üzrə enerji istehlakına dair təfərrüatlı məlumatlar əsasında enerjidən rasional istifadə perspektivləri ilə bağlı Qlastonberiyə köməklik etmək üçün bu parka Aggreko-nun ARM telemetriya sistemi vasitəsilə nəzarət edilirdi.

Aggreko komandası enerji təchizatı üçün infrastrukturu bir ay öncədən quraşdırmağa başlamışdı. Tədbirin hazırlıq mərhələsinə on yeddi Aggreko texniki cəlb edilmişdi, onlar burada hətta öz "kəndlərini" yaratmış və daha sonra hazırlıqların ən pik vaxtında onların sayı 90-dan çox olmuşdu.

İlk dəfə 1970-ci ildə keçirilmiş və hal-hazırda 177 mindən çox ziyarətçisi olan beynəlxalq səviyyəli festival yüksək təcrübəli və səriştəli insanlardan ibarət azsaylı qrup sayəsində mümkün olmuşdur. Aggreko, aralarında Ryder Cup, Open Golf Championship və Olimpiya Oyunları kimi dünyanın ən böyük və ən nüfuzlu tədbirlərində təcrübə qazanmış mütəxəssilər olmaqla, festivala dörd layihə meneceri təyin etmişdi.
Gün ərzində enerji tələbatını azaltmaq üçün bu il Aggreko həmçinin 50 km uzunluğunda az enerji sərf edən LED zəncirə işıqlandırması və saat kilidli sahə işıqlandırması quraşdırmışdır. Aggreko tərəfindən elektrik enerjisi ilə təmin edilmiş sahələrə bütün səhnələr və tamaşa zonaları, BBC üçün yayım guşəsi, tibbi mərkəz, fövqəladə xidmətlər bölməsi, tədbirin idarəetmə mərkəzi və korporativ qonaqpərvərlik mərkəzi daxildir.

“Qlastonberi əfsanəvi festivaldır və onunla uzunmüddətli əməkdaşlıqdan qürur hissi keçiririk,” Jono Rose, Aggreko-nun Tədbir Xidmətləri və HV bölməsinin Baş Meneceri demişdir. "Təzyiq həmişə var və hava şəraiti qərar verməyimizdə və planlamamızda çox mühüm rol oynayır - istər yağış olsa, istər günəş çıxsa. Bu il havanın "tərəfimizdə" olması bizi çox sevindirdi!
"Planlaşdırma və tədbirdən əvvəl bir ay ərzində qurduğumuz infrastruktur layihənin uğurlu olmasında çox böyük rol oynadı. Bizim üçün əsas məsələ hər şeyin yerində olması və optimal işləməsidir və formasından asılı olmayaraq, qarşımıza qoyulan enerji və temperatur nəzarəti tələblərinin səmərəli, təhlükəsiz və effektiv qarşılanmasıdır."

əsas əlaqələr