28 Feb 2017

Yanacaqdan istifadə əlverişliliyi oyunun adıdır

cənubi afrika layihəsinin yaxından görünüşü
 
  • Liz Fullick
    London, Birləşmiş Krallıq

  • London, Birləşmiş Krallıq

 

Biznesimizə ilk olaraq dizel generatorları ilə hasil edilən elektrik əsasında başlamışdıq. Tezliklə qaz, sonra HFO əlavə etdik və indi isə günəş-dizel hibrid enerjisi ilə işləyirik - elektrik enerjisini təmin etmək üçün hər mümkün resursdan istifadə edirik.

Elektrik ehtiyaclarının universal cavabı yoxdur və buna görə də Aggreko yanacaqdan istifadə əlverişliliyini təmin edən enerji hasilatı avadanlıqları portfelini yaratmışdır.

Bərpa edilə bilən enerji bəzən bahalı olsa da, ekoloji cəhətdən təmizdir, o, dünyanın inkişaf etmiş və ya inkişaf etməmiş bölgəsində olmasından asılı olmayaraq, daimi şəbəkə enerjisinə çıxışı olan və ya olmayan bir çox yerlər üçün üstünlük verilən variant olardı.

Lakin dizel və qazdan fərqli olaraq, bərpa edilə bilən enerji qeyri-müntəzəmdir və qəbuledilməz enerji qeyri-sabitliyi yaradır.

Qaz da təmiz və qənaətli enerji mənbəyidir, lakin o hər yerdə yoxdur və uzaq məsafələrə paylama infrastrukturunun çəkilməsi bir çoxları üçün rentabelli olmaya bilər.

Dizeli nəql etmək asandır bu onu elektrik hasilatı üçün təbii seçim edir. Lakin dizel qiymətləri şəbəkəyə birləşdirilməmiş ucqar zonalarda yerləşən sənaye sahələri üçün istismar xərclərinin böyük qismini tutur. O, həmçinin bazardakı qiymət dəyişikliklərinə həssasdır və qiymətlərin proqnozlaşdırılmasını çətinləşdirir, buna görə də dünyanın inkişaf etməkdə olan bəzi bölgələrində HFO ən əlverişli variantdır.

Səyyar, modulyar biznes modelimiz əsasən, yüksək məsrəfli ilkin sərmayə qoyuluşu yoxdur, yəni o kapital biznes əməliyyatları üçün saxlanılır. Modulyar enerjinin miqyası dəyişə biləndir, bu o deməkdir ki, biz lazım olan tutumu sürətlə və səmərəli şəkildə təqdim edirik. Yəni ehtiyac dəyişdikdə, biz tutumu azalda və ya çoxalda bilərik və ya daha sonra, mümkün olarsa, dizel generatorunu qazla əvəz edə bilərik.

İstifadə edilən yanacaqdan asılı olmayaraq, Aggreko generatorları öz siniflərində ən yaxşılarıdır. Biz dünyanın 200-dən çox nöqtəsində ən böyük elektrik hasilatı avadanlıqları parkına sahibik, beləliklə biz ehtiyac duyulan yerə lazımi avadanlığı sürətlə, bəzən bir neçə saat ərzində çatdıra bilərik.

Bütün məhsullarımız öz dəqiq spesifikasiyalarımıza uyğun olaraq, aparıcı mühərrik istehsalçıları ilə əməkdaşlıq çərçivəsində dizayn edilmiş və Şotlandiyanın Qlazqo şəhəri yaxınlığında yerləşən ən müasir istehsal və texnologiya mərkəzimizdə istehsal edilmişdir.

Aggreko Technology Centre of Excellence (Mükəmməl Texnologiya Mərkəzi) dünya səviyyəli mühərriklər üzrə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin konsultasiya şirkəti olan Rikardo ilə birlikdə Brayton şəhəri yaxınlığında yerləşir. Bu, bizim hər zaman ən səmərəli və ən təmiz mühərrik texnologiyalarından yararlanmağımızı təmin edir.

Mövcud status-kvoya meydan oxumaq, müasir görüşləri sorğu-suala tutmaq və formasından asılı olmayaraq, alternativləri təqib etmək üçün aparıcı universitetlərin tədqiqatçıları və tələbələri ilə əlaqələr yaratmışıq.

Aggreko-nun modulyar enerji sistemləri dünyanın hər yerində şəbəkəyə birləşdirilməmiş bölgələrin elektrik ehtiyacını dəstəkləməkdə böyük rol oynayır və bərpa edilə bilən enerji mənbələri və ya qaz ilə kombinasiya edildikdə, daimi elektrik təminatı üçün elə bir bütöv strategiya yaradır ki, elektrik qıtlığını keçmişin xatirəsinə çevirir.

Bu internet səhifəsində verilmiş bütün təsvirlər müəllif hüququna tabedir və Aggreko-nun qabaqcadan razılığı olmadan istifadə edilə bilməz.

əsas əlaqələr