05 Jun 2017

Aggreko-nun rəhbəri Rusiyanın inkişafına təkan verməyə hazır olduğunu söyləmişdir

Vasili Blajennı kilsəsinin qarşısında Aggreko generatoru
 

Kris Ueston, enerji istehsalı şirkəti olan Aggreko-nun CEO-su Rusiya prezidenti Vladimir Putinin ötən həftə dünya şirkətlərinin CEO-ları ilə Sankt-Peterburqda keçirilən görüşündə iştirak etmişdir.

Görüş Sankt-Peterburq İqtisadi Forumunun ikinci günü keçirilmişdir, həmin gün c-b Weston görüşdə çıxış etmiş və Uzaq Şərqin İnkişafı üzrə nazir Aleksandr Qaluşkanın iştirakı ilə Uzaq Şərq İnvestisiya və İxrac Agentliyi ilə qarşılıqlı anlaşma memorandumu imzalamışdır.

Cənab Ueston Putin hökümətinin əsas diqqət mərkəzində olan Rusiya Federasiyasının ərazisinin 36%-ni və əhalisinin 4%-ni təşkil edən Uzaq Şərq regionunda iqtisadi inkişafa dəstək olmaqda şirkətin vəzifəsini xüsusi vurğulamışdır.

"Uzaq Şərqdə gördüklərim məndə həyəcan yaradır. Düşünmək istərdim ki, buradakı mövcudluğumuzu növbəti bir neçə il ərzində artıra, beləliklə də iş yerlərinə, insanlara və infrastruktura investisiya cəlb edə bilərik," cənab Ueston demişdir.

"Mən Uzaq Şərq İnvestisiya və İxrac Agentliyi ilə aparılan danışıqlardan, Agentliyin və Nazriliyin bizə təklif etdiyi fürsətlərdən və dəstəkdən çox həvəsə gəlmişəm".

Regionda sənayenin inkişafı hal-hazırda ildə 5 faiz təşkil edir - bu ölkədə ən yüksək göstəricilərdən biridir və əlavə artım üçün potensial mövcuddur.

Bununla belə, Uzaq Şərqin böyük qismi təcrid edilmiş elektrik sistemlərindən verilən elektriklə təmin edilir. Avtonom şəbəkələr hal-hazırda təqribən 400 MVt dizellə hasil edilən enerji təchiz edir, və köhnə avadanlıqlar və zəif texniki qulluq səbəbilə onlar çox hallarda etibarsızdır.

"Geniş coğrafi ərazidə paylanmış etibarlı enerji tədarükü Aggreko-nun ekspert olduğu sahədir və biz öz avadanlıqlarımızdan istifadə edərək bu sahələri çox qısa müddətdə elektriklə təmin edə bilərik," cənab Ueston demişdir.

"Yaratdığımız avadanlıq ən qabaqcıl texnologiyaya əsaslanır, onlar çox yenidir və bazarda təqdim edilən hər şeydən daha səmərəlidir. Biznes modelimizin gözəlliyi ondadır ki, biz yerimizdə durmuruq və texnoloji dəyişikliklərə uyğunlaşa bilirik.

Aggreko-nun dünyada aparıcı səyyar, modulyar enerji parkı dizel, HFO, müxtəlif növ qazlar ilə işləyən generatorlardan, habelə günəş enerjisi kimi bərpa edilə bilən enerji mənbəyi ilə dizelin kombinasiya edildiyi hibrid sistemlərdən ibarətdir. Şirkət etibarlı enerjinin qənaətli və məsuliyyətli təminatına diqqət yönəldən yeni enerji texnologiyalarının yaradılması sahəsində mühüm investorlardan biridir.

Avadanlıqlarımızın səmərəliliyi Uzaq Şərqdə elektrik xərclərini azaltmağa başlamışdır, bundan sonra bərpa edilə bilən enerji, alternativ enerji mənbələri cəlb edildikcə, elektrik hasilatının qiyməti daha da azalacaq" demişdir.

Cənab Ueston həmçinin şirkətin başqa sənaye sahələri, məsələn, hər biri Rusiyanın Uzaq Şərqində inkişaf fürsətləri təklif edən mədən sənayesi, inşaat, istehsal, neft-qaz, neft-kimya və emal sənayesi, kənd təsərrüfatı üçün elektrik hasilatında qazandığı geniş təcrübədən danışmışdır.

Aggreko dünyanın 100-dən çox ölkəsində, o cümlədən Rusiyada anbarlar, xidmət mərkəzləri və ofislər şəbəkəsi vardır və öz mobilizasiya sürəti ilə - çox hallarda bir neşə həftədə elektrik təmin edilir - habelə işçi qüvvəsinin keyfiyyəti, onların təfərrüatlara qarşı diqqətli olması, təhlükəsizliyə və təlimlərə əhəmiyyət verməsi ilə məşhurdur.

Şirkətin mümkün olduqca yerli işçi qüvvəsinin təlimi və inkişafı üçün öz siyasəti vardır.