Bütün həftə ərzində Beynəlxalq Qadınlar gününü qeyd edin!
Beynəlxalq Qadınlar günü qadınların dünyanın hər yerində nailiyyətlərini qeyd edən qlobal tədbirdir. Bəzi insanlar bəlkə də bilmir ki, bu gün bəzi ölkələrdə, o cümlədən Əfqanıstan, Rusiya, Nepal, Çin və Kubada milli bayram kimi qeyd edilir. Aggreko qəbul edir ki, bu gün əsasən bərabərliyi simvolizə edir, lakin həm də birliyi və hərəkəti nümayiş etdirir. Bu tədbir yüz ildən artıqdır ki, bütün dünyada qeyd edilir və öz gücünü artırmağa və yayılmağa davam edir.
Bu ilki kampaniyanın teması #BeBoldForChange - qadınlar üçün ən böyük dəyişikliyi ifadə edən mütərəqqi addımın atılması. Beynəlxalq Qadınlar gününün mənəvi əsaslarını vurğulayan və hər yerdə qadınların mübarizliyini ifadə edən dəyərlər haqda öyrənə bilərsiniz.
Bu günün xatirəsinə Aggreko müxtəlif biznes strukturlarında işləyən 9 qadın işçidən müsahibə alaraq, onlardan bu gün haqda nə düşündüklərini paylaşmağı istəmişdir. Siz müsahibələrlə aşağıda və bütün həftə ərzində tanış ola bilərsiniz, belə ki, biz bu günü müxtəlif sosial media platformalarımızda qeyd edirik. Niyə də Beynəlxalq Qadınlar gününü dünya miqyasında və yerli səviyyədə qeyd edib, müsbət fərq yaratmayaq.
əsas əlaqələr
- mətbuat qrupu Contact Us
- Sosial Media ilə əlaqə saxlayın Aggreko_Intl