Bizimlə əlaqə saxlayın

Contact Us

Annie ilə Beynəlxalq Qadınlar günü müsahibəsi

Annie-nin müsahibəsi, kollec
 

Aggreko-dakı rolunu necə təsvir edərdin?

Mən Aggreko-da texniki dəstək xidmətinin analitiki kimi işləyirəm. Mən əsasən İT ilə əlaqədar ümumi problemlər/sorğular üçün cavabdehlik daşıyıram.

Qadınların hüquq və imkanlarının genişləndirilməsini necə tərif edərdin?

Qadınların hüquq və imkanlarının genişləndirilməsi mənim üçün öz ideyalarımı sərbəst ifadə edə və bir qadın kimi vacib hesab etdiyim məsələlərdə fəallıq göstərə bildiyim mühitdə yaşamaq və işləmək deməkdir. Bərabər cəmiyyətdə olmaq.

Gənc həmcinslərinə nə demək istərdin?

Daha çox oxumaq, daha sonra oynamaq. Qadınların səciyyəvi cəhətləri hansılardır?

Qadınların səciyyəvi xüsusiyyətləri hansılardır?

Məncə qadınlar daha nəzakətli, qayğıkeş və düşüncəlidir. Biz bir neçə vəzifəni səmərəli surətdə yerinə yetirə və gündəlik tapşırıqları effektiv idarə edə bilirik.

Sənə həyatda ən çox kimin təsiri olmuşdur?

Anamın. Mən anamın yaşlı variantıyam. Yaşa dolducqa və müdrikləşdikcə, gənc olarkən onun mənə öyrətdikləri haqda çox fikirləşirəm və bu dediklərinin çoxunu yerinə yetirə bilmişəm.

Səncə Beynəlxalq Qadınlar gününün olması nə üçün vacibdir?

Mən qadın və kişilər haqda bərabər düşünürəm və cinsi bərabərliyi cəmiyyətin ayrılmaz hissəsi kimi nəzərdən keçirən ölkədə yaşadığımızı görmək çox yaxşıdır. Qadınlarla bağlı hələ də həll edilməsi vacib olan bəzi məsələlər var, buna görə də bu gün həmin məsələləri tanımaq üçün əla platforma təmin edəcək. Bu gün həmçinin həyatımızdakı qadınları şərəfləndirmək üçün gözəl gündür.

Beynəlxalq Qadınlar günündə kişi və qadınlara hansı mesajı çatdırmaq istərdin?

Həyatınızdakı qadınlara şəfqət göstərin və onları sevin.

Bu tədbirdən ən çox nə gözləyirsən?

İnsanların bu günü və onun əhəmiyyətini bilməsini. Bu günü hər yerdə təşviq etmək!

 

Sizə nə lazım olduğunu bizə söyləyin

Sizin üçün uyğun olanı tapmaqda köməklik edəcəyik.