Bizimlə əlaqə saxlayın

Contact Us

Bricit ilə Beynəlxalq Qadınlar günü müsahibəsi

bricit kollec

Mənim adım Bricit Makfersondur. Mən NAM-ın Texas və Oklahoma üzrə Ərazi Satış Meneceriyəm. Mən Aggreko ilə bir ildən bir az çoxdur ki, işləyirəm. Beynəlxalq Qadınlar günü məqaləsində iştirak etmək mənim üçün çox əhəmiyyətlidir, çünki o, şirkətimiz daxilində uğur qazanmış qadınları və onların malik olduqları keyfiyyətləri nümayiş etdirmək üçün bir vasitədir.

Aggreko-dakı rolunu necə təsvir edərdin?

Vəzifəm qarşımıza qoyulmuş gəlir hədəflərinə nail olmaq üçün satış komandamı yönəltmək, idarə etmək və motivasiya etməkdən, mükəmməl müştəri xidməti təcrübəsi yaratmaqdan və möhtəşəm şirkət mədəniyyətini formalaşdırmaqdan ibarətdir.

Qadınların hüquq və imkanlarının genişləndirilməsini necə tərif edərdin?

Qadınların hüquq və imkanlarının genişləndirilməsi dedikdə qabiliyyətlərinə uyğun olaraq qadınların şirkət daxilində təklif edilən kuratorluq, təlim və bərabər fürsətlər yolu ilə öz məqsədlərinə nail olması üçün onlara dəstək verilməsi və onların həvəsləndirilməsi başa düşülür.

Gənc həmcinslərinə nə demək istərdin?

Geriyə baxaraq, özümə onu deyərdim ki, əsas məsələ karyera nərdivanında yüksəlmənin nə qədər vaxt aparması deyil, bu müddət ərzində keçdiyin yoldur. Sevdiyin işi gör və uğur səni tapacaq.

Qadınların səciyyəvi xüsusiyyətləri hansılardır?

Qadın liderlər yüksək EQ səviyyəsi ilə daha empatik, həvəsləndirici və komanda oyunçularıdır.

Sənə həyatda ən çox kimin təsiri olmuşdur?

Anamın. O, təkbaşına iki uşaq böyüdən ana idi. Biz imkanlı ailə olmamışıq, lakin o həmişə çalışırdı ki, bizi sevgi və hər şeylə təmin etsin. Onun timsalında güclü, məqsədyönlü qalmaq və dəyişikliyi qəbul etməyə hazır olmaq qarşınıza qoyduğunuz məqsədlərə çatmağınızı təmin etməsinə öyrənmişəm.

Səncə Beynəlxalq Qadınlar gününün olması nə üçün vacibdir?

Beynəlxalq Qadınlar günü dünyanın hər yerində bütün zəhmətkeş qadınları birləşdirən katalizatordur. O, iş yerində nə qədər məsafə qət etdiyimizi görməyə və bu müvəffəqiyyəti qeyd etməyə imkan verir. O, eyni zamanda hələ görüləcək işlər haqda məlumatlılığı qoruyub saxlayır.

Beynəlxalq Qadınlar günündə kişi və qadınlara hansı mesajı çatdırmaq istərdin?

Beynəlxalq Qadınlar günü iş yerində qadınlarla xüsusi rəftar etmək haqda deyil. O, cinsi fərqin daha yaxşı dərk edilməsi və hər səriştədən olan qadınların təşkilatımıza qazandıra biləcəyi faydalar haqdadır.

Bu tədbirdən ən çox nə gözləyirsən?

Təşkilatımız daxilində digər güclü, istedadlı və yeni işçilərə nümunə ola biləcək qadınlarla əlaqə qurmağa ümid edirəm.

 

Sizə nə lazım olduğunu bizə söyləyin

Sizin üçün uyğun olanı tapmaqda köməklik edəcəyik.