Bizimlə əlaqə saxlayın

Contact Us

Krisma ilə Beynəlxalq Qadınlar günü müsahibəsi

Krismanın müsahibəsi

Salam, mənim adım Krisma Ng. Bu il mənim 32 yaşım olacaq və mən Sinqapurda yaşayıram. Mən Asiya regionu üzrə Regional Marketinq Mütəxəssisiyəm və mən gözəl komandamla birlikdə əsasən rəqəmsal və məzmun marketinqi aspektləri ilə məşğul oluram. Qadınların hüqularının genişləndirilməsinə inandığıma görə və əlbəttə ki, qadınlığı vurğuladığıma görə bu hərəkatda iştirak etməyə qərar verdim.

Aggreko-dakı rolunu necə təsvir edərdin?

Mən rəqəmsal marketinqi sevirəm və məzmun marketinqinin doğru yol olduğuna inanıram! Güman edirəm, bu, karyeram üçün nə üçün bunu seçdiyimi izah edir. Mən Asiya regionunda müəyyən ölkələrə rəqəmsal və məzmun marketinqi sahəsindəki səylərinə köməklik edirəm.

Qadınların hüquq və imkanlarının genişləndirilməsini necə tərif edərdin?

Qadınların hüquq və imkanlarının genişləndirilməsi yin və yang - iki zidd, amma bir birini tamamlayan enerjinin nikahı kimidir. O, müstəqillik, özünü müdafiə etmək üçün kifayət qədər güclü olmaq və seçim edə bilmək imkanına malik olmaq deməkdir. O, həmçinin bacara bildiyimiz qədər ətrafımızdakı insanları tərbiyə etmək, motivasiya etmək və onlara ilham vermək deməkdir. 

Gənc həmcinslərinə nə demək istərdin?

18 yaşlı həmcinslərimə deyərdim ki, oğlanlara, şənliklərə və gecə həyatına az diqqət yetirsinlər. Haha. Hə, bir də onu deyərdim ki, nə etdiyini bilmək nə qədər vacib olsa da, nə etdiyini bilməmək də bir o qədər əyləncəlidir. Təcrübələr bizi formalaşdıran vasitələrdir, ona görə də davam edin və özünüzü tapmağa çalışarkən özünüzü itirin.

Qadınların səciyyəvi xüsusiyyətləri hansılardır?

Zənnimcə, hər şeyə qarşı şəfqətlə yanaşması. Kişilər üçün yumşaq üzlərini göstərmək asan deyil, halbuki biz qadınlar bunu həvəslə edirik. Bəxtimiz gətirib.

Sənə həyatda ən çox kimin təsiri olmuşdur?

Ancelina Colinin.

Səncə Beynəlxalq Qadınlar gününün olması nə üçün vacibdir?

Məncə, gənc nəsli bu gün nə demək olduğunu öyrətmək vacibdir. Yoxsa gənc qızlar hüquqlarını genişləndirməyi, müstəqil və güclü olmağı necə öyrənə bilərlər.

Beynəlxalq Qadınlar günündə kişi və qadınlara hansı mesajı çatdırmaq istərdin?

Cinsi bərabərliyi sürətləndirmək üçün gəncləri öyrətməyə başlamalıyıq.

Bu tədbirdən ən çox nə gözləyirsən?

Bütün dünyadakı qadınların təhsil və ya peşə sahəsində qazandıqları nailiyyətləri və ətraf mühitə faydalı olmaq üçün verdikləri töhfələri qeyd etməsi.

 

Sizə nə lazım olduğunu bizə söyləyin

Sizin üçün uyğun olanı tapmaqda köməklik edəcəyik.