Bizimlə əlaqə saxlayın

Contact Us

Meredani ilə Beynəlxalq Qadınlar günü müsahibəsi

Meredani ilə müsahibə

Yaşı: 31 yaş, Vəzifəsi: Elektrik stansiyasının operatoru - elektrik üzrə.

Əminəm ki, biz qadınlar cəmiyyətə çox töhfə veririk və əksər hallarda bizim xidmətimizə qiymət verilmir. Bu məqalədə iştirak etmək mənim üçün qadın olmağa dəyər verməyin, onu qeyd etməyin və bu vacib gün haqda öz fikirlərimi bildirmək üçün bu platformadan istifadə etməyin bir yoludur.

Aggreko-dakı rolunu necə təsvir edərdin?

Mükafatlandıran, hüquqları genişləndirən, "həyəcanverici vəzifə"

Qadınların hüquq və imkanlarının genişləndirilməsini necə tərif edərdin?

Qadınlara təhsil, maliyyələşdirmə, təşviqetmə, məsləhət kimi imkanlar təqdim edilsin ki, onlar öz məqsədlərinə çata bilsinlər, cəmiyyətə müsbət töhfələr versinlər, başqalarına köməklik etsinlər, səslərini eşitdirə bilsinlər və cəmiyyətin problemlərini həll edə bilsinlər.

Gənc həmcinslərinə nə demək istərdin?

"O kişi işidir" kimi ifadə sadəcə bəzilərinin uydurmasıdır, gerçək deyil. Cəmiyyətin yüklərindən qorxmayın, özünüzü imtahana çəkin, sizi nə xoşbəxt edirsə, onu edin.

Qadınların səciyyəvi xüsusiyyətləri hansılardır?

Sevgi, şəfqət, əliaçıqlıq, canıyananlıq, qorxmaz, güclü

Sənə həyatda ən çox kimin təsiri olmuşdur?

Valideynlərimin

Səncə Beynəlxalq Qadınlar gününün olması nə üçün vacibdir?

Qadınların nailiyyətləri, gücü və verdikləri töhfələr tanınmalı və qeyd edilməlidir. Beynəlxalq Qadınlar günü bunu etmək üçün əla imkandır.

Beynəlxalq Qadınlar günündə kişi və qadınlara hansı mesajı çatdırmaq istərdin?

Kişi və qadınların fiziki görünüşdə, emosiyalarda, reaksiyalarda, düşüncələrdə, fikirlərdə, qabiliyyətdə, güclü və zəif cəhətlərdə, ağılda və mənəviyyatda fərqli olmalarının gözəl səbəbi var. Hamımız eyni olsaydıq və hərkəs bir-birini başa düşsəydi dünya necə də darıxdırıcı olardı. Gəlin fərqlərimizi bağrımıza basaq və qiymətləndirək və bir-birimizə hörmət edək. Cinsi mənsubiyyət maneə olmamalıdır; o sadəcə digər İNSANLARA hörmət etməyin başqa bir səbəbi olmalıdır. Beynəlxalq Qadınar gününüz mübarək. Gəlin bu gün qadınları qeyd edək çünki qadınlar verdikləri bütün HƏYATİ töhfələrə görə kifayət qədər qiymət almırlar.

Bu tədbirdən ən çox nə gözləyirsən?

Kişilərin qadınlar haqda nə dediklərini eşitmək və bu günü başqa qadınlarla qeyd etmək

 

Sizə nə lazım olduğunu bizə söyləyin

Sizin üçün uyğun olanı tapmaqda köməklik edəcəyik.