Bizimlə əlaqə saxlayın

Contact Us

Rus ilə Beynəlxalq Qadınlar günü müsahibəsi

Rus ilə müsahibə

Aggreko-da biznesin inkişafı üzrə menecer vəzifəsində işləyirəm. Mən 13 il satış mühəndisi vəzifəsində işləmişəm və yeni vəzifəmə yanvar ayında keçmişəm. Bu bayramda iştirak etmək üçün dəvət edilməyimə görə çox həyəcanlıyam.

Yenicə 40 yaşıma qədəm basmış qadın kimi mən bu günlərə necə gəldiyimə nəzər sala və deyə bilərəm ki, bunu həqiqətən qeyd etməyə dəyər. Müstəqil, güclü, uğur qazanmış qadınları istənilən sahədə görmək lazımdır və əgər öz düşüncələrimlə və təcrübələrimlə buna töhfə vermişəmsə, o zaman məmnuniyyətlə onun bir parçası olmaq istərdim.

Aggreko-dakı rolunu necə təsvir edərdin?

Mən Aggreko-da biznesin inkişafı üzrə menecer vəzifəsində işləyirəm. Mən yeni biznes fürsətlərinin müəyyən edilməsinə və İngiltərənin şimalında bəzi sektorlarda müştəri bazamızın inkişaf etdirilməsinə görə cavabdehlik daşıyıram. Mənim hədəfimdə kömür, qaz və nüvə elektrik stansiyalarından ibarət elektrik enerjisi sənayesi var. Mən diqqətimi həmçinin böyük istehsal sektorlarına yönəldirəm, hansı ki, biz onları iri elektrik istehlakçıları kimi müəyyən edirik, məsələn, şüşə, kağız və plastik sənayesi. Mən Aggreko-nun bütün məhsullarını və xidmətlərini təşviq edirəm.

Qadınların hüquq və imkanlarının genişləndirilməsini necə tərif edərdin?

Mən bunu qadınların həyatda seçimlərinin olması və bütün potensiallarını gerçəkləşdirmək, aid olmaq istədikləri istənilən sahədə tam iştirak etmək üçün "açıq" qapılarının olması kimi təsvir edərdim.

Gənc həmcinslərinə nə demək istərdin?

Mən gənc həmcinslərimə deyərdim ki, yüngülləşsinlər. Hər şeyə maraq göstərin, lakin bu qədər tələsməyin. Zəhmətli əmək və qətiyyət uğur qazanmağınıza kömək edəcək. Arxaya oturun və gəzintidən həzz alın!

Qadınların səciyyəvi xüsusiyyətləri hansılardır?

Məncə biz verilən tapşırıqlarda daha mütəşəkkil və ölçülüb-biçilmiş davranırıq. Həm də hesab edirəm ki, canınayananlıq bizdə daha asan özünü büruzə verir və bu əsl gücdür.

Sənə həyatda ən çox kimin təsiri olmuşdur?

Şübhəsiz ki, valideynlərimin. Mən üç qızın ən kiçiyiyəm. Valideynlərim həmişə bizə aşılayardılar ki, təhsil və zəhmətli əmək hər zaman bəhrəsini verəcək. 17 yaşımız olanda hamımız sorğusuz-sualsız sürücülük vəsiqəsi almalıydıq. Bu bizə müstəqilik vermək və bizi özünə güvənən qadın etmək üçün idi. Bacılarım öz ixtisasları üzrə rəhbər vəzifələrdə işləyirlər və biz hamımız öz işimizə çox vicdanla yanaşırıq və hər zaman inanmışıq ki, öz taleyimiz öz əlimizdədir. Atam kömür sənayesində qazmaçı idi və heç zaman öz qızlarına belə ağır işi arzu etməzdi. Buna görə də valideynlərim ixtisas və təcrübə qazanmağımızda təkid etdilər, bu isə bizə həyatda onların malik olmadıqları qədər çoxlu seçim imkanı verdi.

Səncə Beynəlxalq Qadınlar gününün olması nə üçün vacibdir?

Məncə bu gün qızlara və gənc qadınlara öz ambisiyalarına nail ola və onları gerçəkləşdirə biləcəklərini başa düşməkdə köməklik edir. O, qadınların hüquqlarını genişləndirir və bizim öz dəyərlərimizə və verə biləcəyimiz böyük töhfələrə malik olduğumuzu göstərir. 

Beynəlxalq Qadınlar günündə kişi və qadınlara hansı mesajı çatdırmaq istərdin?

Hamımızın hər kəsi qucaqlayan cəmiyyətdə yaşaya bilməsi. Cinsi fərqlilik müəssisələrin daha yaxşı fəaliyyət göstərməsinə və hər bir şəraitin öhdəsindən gəlinməsinə köməklik edə bilər.

Bu tədbirdən ən çox nə gözləyirsən?

Güclü qadınlarların uğurunu qeyd etmək və onların hekayələrini dinləmək. 9 və 5 yaşındakı iki qızıma hər şeyə nail ola biləcəklərini göstərmək.

 

Sizə nə lazım olduğunu bizə söyləyin

Sizin üçün uyğun olanı tapmaqda köməklik edəcəyik.