31 Jul 2017

Aggreko-nun dəstəklədiyi Cordan Smit Avropa Turu kubokunun qalibi oldu

Qolfçu Cordan Smit qolf meydançasında
 
  • Aggreko
    Dünyada

  • Dünyada

Aggreko-nun sponsorluq etdiyi qolfçu Cordan Smit Porsche European Open yarışında nümayiş etdirdiyi həyəcanverici performansın ardınca Avropa Turunun qalibi olmuşdur.

24 yaşlı qolfçu mövcud çempion Aleksander Leviyə qarşı dünən keçirilən final oyununda və bu günə qədər karyerasının ən mühüm günündə öz soyuqqanlığını qoruyub saxlaya bilmişdir.

"Cordan bizi bundan daha artıq qürurlandıra bilməzdi," Kevin Braunhil, Aggreko Tədbirlər Xidmətinin Əməkdaşlıq və Sponsorluq bölməsinin rəhbəri demişdir.
"Biz həmişə bilirdik ki, Cordan qalibdir və onun idman nailiyyətlərinə dəstək verdyimizə görə fəxr edirik."

Cordan son dövrlərin ən həyəcanlı Avropa Turu finallarının birində Avropa Turu çempionu titulunu gənc yaşında qazanmış oyunçuların məşhur siyahısına daxil olmuşdur.

“Oyun zamanı çox gərgin idim - Mən əslində titrəyirdim,” Cordan deyir, “lakin birinci Avropa Turunda qalib olmağım bu an o qədər inanılmaz görünür ki.”

Bu qalibiyyət 2014-cü ildən peşəkar idmana keçmiş Сordanın unudulmaz şöhrət yoluna öz damğasını vurmuşdur. O, artıq PGA EuroPro Tour və Challenge Tour yarışlarının müxtəlif titullarını qazanmışdır.

“Şübhəsiz ki, keçən il Challenge Tour və ondan qabaqkı il EuroPro əyləncəli keçdi. Mən ilə çox yaxşı başladım və ilk hədəfim Tur kartımı əldə etmək idi və buna da nail oldum.

"Sonrakı hədəfim yarışın qalibİ olmaq idi ki, buna da nail oldum. Yarışı çox sevdim. Bəzi vaxtlar çox əsəbləşirdim, amma çox həzz aldım."

Bu iddialı forma Avropa Turu yarışlarında da davam etdi və həmin yarışlarda gənc ingilis yeddi dəfə top-25 finalına öz damğasını vurdu - hətta Hamburqdakı bu triumf onun çiçəklənən karyerasının kulminasiya nöqtəsi idi.

Bu yüksələn ulduz haqda ətraflı məlumatı burada əldə edin: jordan-smithofficial.com


əsas əlaqələr