14 Jul 2017

Aggreko Londonda keçirilən Əlillər arasında Dünya Yüngül Atletika Çempionatını enerji ilə təmin edir

Londonda Olimpiya stadionu
Londonda Olimpiya stadionu
 
  • Aggreko
    London

  • London

Bu gün, baş qərargahı Qlazqoda yerləşən Aggreko Londonda keçirilən Əlillər arasında Dünya Yüngül Atletika Çempionatının müvəqqəti enerji və temperatur nəzarəti avadanlıqlarının milli təhcizatçısı olacaq.

Bu gündən başlayaraq, Aggreko 14 iyul - 23 iyul tarxilərində London stadionunda 16 seansdan ibarət çempionatın xüsusi enerji tələblərini qarşılamaq üçün generator, kabel və paylayıcı panellərlə təchiz edəcək.

Aggreko-nun tədbir xidmətləri bütün dünyada tanınır, belə ki, enerji və temperatur nəzarəti sistemlərinin aparıcı təchizatçısı müxtəlif idman yarışlarına, məsələn Olimpiya və Paralimpiya Oyunları, qolf, tennis, futbol və reqbi çempionatları, musiqi festivalları, TV və kino istehsalı mərkəzlərinə xidmət göstərir.

İAAF-ın 2017-ci il Dünya Yüngül Attletika Çempionatı ilə bərabər 4-13 avqust tarixləri arasında keçiriləcək Əlillər arasında Dünya Yüngül Atletika Çempionatı dünyanın 200-dən çox ölkəsindən 3000-dən çox idmançının yarışacağı ilin ən böyük idman hadisəsidir.

2017-ci il Əlillər arasında Dünya Yüngül Atletika Çempionatının direktoru Niels de Vos demişdir: "Londonda keçirilən 2017-ci il Əlillər arasında Dünya Yüngül Atletika Çempionatının müvəqqəti enerji və temperatur nəzarəti avadanlıqlarının milli təchizatçısı kimi Aggreko-nu aramızda gördüyümə şadam. Onlar dünyanın bəzi böyük idman tədbirlərini xüsusi enerji həlləri ilə təmin etməkdə möhtəşəm nailiyyətlərə imza atmışlar və növbəti dörd ay ərzində keçiriləcək çempionatlarda onlarla birgə işləməyi səbirsizliklə gözləyirik."

Kevin Braunhil, Aggreko-nun Əməkdaşlıq və Sponsorluq bölməsinin rəhbəri demişdir: "Biz London stadionuna qayıtdığımıza çox şadıq, çünki 2012-ci ildə ora Olimpiya stadionu olanda London Olimpiya və Paralimpiya Oyunlarının rəsmi enerji xidmətləri təhcizatçısı kimi oradaydıq. Biz stadionu və Kraliça Yelizaveta Olimpiya Parkını yaxşı tanıyırıq və 2017-ci il Əlillər arasında Dünya Yüngül Atletika Çempionatının müvəqqəti enerji və temperatur nəzarəti avadanlıqlarının milli təhcizatçısı kimi oraya qayıtdığımıza çox sevinirik."

2012-ci ildən sonra London stadionunda keçiriləcək ən böyük tədbir - ilk dəfədir ki, Əlillər arasında Dünya Yüngül Atletika Çempionatı və İAAF Dünya Çempionatı eyni ildə eyni şəhərdə keçirilir. Aggreko rəqabətli tender müsabiqəsindən sonra təyin edilmişdir.

əsas əlaqələr