03 Feb 2017

Fövqəladə hallarda sürətə ehtiyac var

Enmə zolağında təyyarənin arxa tərəfi

Qəza halları hər zaman baş verə bilər, ya avadanlığın sıradan çıxması, ya da kəskin hava şəraiti, daşqın və ya yanğının törətdiyi təbii fəlakət nəticəsində, və onlar sizin işinizi poza, xərclərinizi artıra və potensial olaraq etibarınıza xələl yetirə bilər.

Vaxt çox qiymətlidir, buna görə də təcrübəli, bilikli və geniş anbar şəbəkəsinə malik enerji təchizatçısı, harada olmağınızdan asılı olmayaraq, tez bir zamanda fəaliyyətinizi bərpa edə bilər. Aggreko 50 ildən çoxdur ki, fəaliyyətdədir və dünyanın hər yerində 200-dən çox məntəqəsi var və bu bizə çox qısa vaxtda mobilizasiya olmağa imkan verir. 

Beninin Energetika Nazirliyi 2016-cı ildə milad bayramı zamanı potensial elektrik tələbatının artması ilə əlaqədar 50 MVt dizel aqreqatının quraşdırılmasını istəmişdi. 

"Aggreko tərrəddüd etmədi və qrafikdən dörd gün əvvəl 50 MVt-lıq aqreqatın quraşdırılmasını və işləməsini təmin etdi. Biz onların çevik reaksiyasından və layhənin etibarlılığından məmnun qaldıq,” SBEE Kommersiya və Müştəri Direktoru və Layihə Rəhbəri Reymond Okpeiça dedi. Oxşar hadisə 2015-ci ildə Quamda olmuşdu, elektrik stansiyasında səhər tezdən baş vermiş partlayış və yanğın stansiyanın 436 MVt gücünün 80 MVt hissəsinin itməsinə səbəb olmuşdu.

Yanğın generatorların plana uyğun təmiri ilə eyni vaxta təsadüf etmişdi və əgər davam etsəydi, yüklərin qəbuledilməz açılmasına səbəb ola bilərdi. Quam Elektrik İdarəsi təchizatçılara 60 gün ərzində 40 MVt enerjinin təchiz edilməsi təklifi ilə müraciət etmələri üçün 10 günlük vaxt vermişdi.

"CCU Aggreko-nu əsasən üç zonada bizə lazım olan həll variantını təqdim edə biləcək şirkət kimi seçmişdi: onlar bizə çox qısa müddətdə lazım olan həll varinatını gətirə bildilər və bu çox etibarlı həll oldu, çünki bir 40 MVt qurğu yerinə qırx 1 MVt qurğu nəzərdə tutulmuşdu və onlar artıq əlmizdə olan yanacaq mənbəyi ilə işləyə biləcəklərdi," Joseph T Duenes, Guam Consolidated Commission of Utilities şirkətinin Sədri deyir.

Tasmaniyanın potensial elektrik kəsintisi ilə üzləşdiyi bir zaman - yay quraqlığının su-elektrik stansiyalarında generatorları zədələyə biləcək dərəcədə dambaları susuz qoyduğu və eyni vaxtda Avstraliyadan gələn dənizaltı kabellərinin Basslink şəbəkəsindəki nasazlığın baş verdiyi zaman - onlar Aggreko-nu yardım üçün dəvət etdilər. Biz dərhal 24 MVt enerjini mobilizasiya etdik və daha sonra adanın ehtyaclarının 12 faizinə bərabər dizel generatorları ilə hasil edilən 200 MVt enerji verilişini təmin etdik. 

"Bizə tam aydın idi ki, Aggreko-nun bunu edə biləcək imkanı var. "Onların (Aggreko) bundan qabaq dəfələrlə bu cür ani eskalasiya hallarında iş təcrübələrinin olması bizdə böyük təəssürat oyatdı və biz bundan şübhəsiz faydalandıq,” Stiv Deyvi, Hydro Tasmania-nın CEO-su dedi. Elektrik olmadan heç nə işləmir, buna görə də bir hadisədən sonra etibarlı və sürətli enerji təminatı əldə etmək çox vacibdir. 

Bu internet səhifəsində verilmiş bütün təsvirlər müəllif hüququna tabedir və Aggreko-nun qabaqcadan razılığı olmadan istifadə edilə bilməz.

əsas əlaqələr