15 Aug 2018

Aggreko LPG yanacaqlı eneri zavodu müqaviləsini imzalamaqla yanacaq çevikliyi üzrə ad-sanını mümkün edir

 

Biz St Croix adası (ABŞ-ın Vircin adaları) ilə 20 MVatt dəyişkən, etibarlı enerji təchizatı barədə yeni üç illik müqavilə bağladığımıza çox şadıq Bu Mayeləşdirilmiş Neft Qaz (LPG) enerjili Növbəti Nəsil Qaz (NGG) qaz generator enerji zavodu ada sakinləri üçün vacib olan enerjini təmin etmək və iş və yaşayış binalarının enerji tələbatına cavab verərək təxminən 26 000 müştərini qane etmək imkanı verəcək.

Bu, Aggreko şirkətinin LPG-dən istifadə edən NGG həlli üçün ilk müqaviləsidir. NGG generatorunun əsas faydalarından biri onun daha geniş qaz yanacaq çeşidlərindən və başqa qaz generatorlarımızla birgə istifadə edə bilməsidir. NGG generatorları təbii qaz, Mayeləşdirilmiş Təbii Qaz, Sıxılmış Təbii Qaz, LPG və Ümumi Neft Qazla işlədilə bilər.

Bu əsasən NGG generatorlarının  geniş metan indeksi olduğundan irəli gəlir və müştərilərimizə enerji yaradıcı yanacaq sahəsində böyük yanacaq çeşidləri əldə etməsinə imkan verir. Bu dəyişkənlik St. Croix müqaviləsi üçün vacib idi; bu uzaq ada üçün mövcud yanacaq növləri ilə işləyən çıxış yolu tələb edilirdi.

Xidmətləri müştərilərimizin fərdi ehtiyaclarına uyğunlaşdırmaq biznesimizin təməlidir və St Croix öz unikal tələblərinə malikdir. Ada gündüz vaxtı yeksək səviyyəli ticarət fəaliyyəti getdiyindən enerji tələbatı gündüz və gecə vaxtları arasında 40% dəyişə bilər və bu da, fərqliliyin vacibliyini vurğulayır. Bu tələblərə cavab vermək üçün bizim enerji zavodumuz fərdi 1,2 MVatt enerji modullarını birləşdirəcək və bu da daha böyük enerji səmərəliliyini və gündüzg və gecə vaxtlarının tələblərindən asılı olaraq uyğunlaşdırılmış enerji təminatını təchiz edəcək.

Bu müqavilə eyni zamanda bizim xərclərə qənaət həllərimizi də müştərilərimizə nümayiş etdirəcək. Yeni enerji zavodunun ilk iki il ərzində ada üçün 6 milyon ABŞ dolları qənaət edəcəyi gözlənilir ki, bu da son istifadəçinin enerjidən səmərəli istifadə edəcəyi ilə nəticələnəcək. Ən əsası odur ki, buna St. Croix kimi uzaq adalar üçün mühüm olan enerji təchizatçının sabitliyi və ya etibarlılığına təsir etmədən nail oluna bilər.

20 MV enerji zavodu bütün yerli və federal Ətraf Mühitin Qorunması İdarələrinin (EPA) tələblərinə, eləcə də davamlı emissiya yoxlama sisteminə cavab verəcək. Əslində qaz həlləri mədən mənbələrindən daha təmiz və ekoloji həlldir. Daha az çıxış emissiyası və səs səviyyələri ilə onlar ən sərt ətraf mühit tələblərinə cavab verir və bazarda aparıcı olan yanacaq səmərəliliyi təmin edir. LPG enerji generatorlarının adada quraşdırılması St. Croix adasına karbon azaltma hədəflərinə də nail olmağa kömək edəcək.

Aggreko Latın Amerikası və Karib körfəzi ofisinin Baş Meneceri Ana Amicarella deyir: "Enerji bazarları enerji xərclərinin və emissiya alternatovlərinin azaldılması ilə bağlı daimi axtarışda olduğu üçün Aggreko və müştərilərimiz sürətli reaksiya ilə qarşılaşır. St. Croix adasında yeni LPG yanacaq enerjisi müqaviləsi bu cür cavaba bir nümunədir."

"Biz bu enerji həllinin biznes və yaşayış binalarına azadlıq verəcəyinə şadıq və St. Croix adası və onun sakinləri üçün müsbət mühit yaratmaqda yerli orqanlarla işləmək imkanından qürur duyuruq."

NGG sizi enerji ilə təmin edə bilərmi?

Bizimlə əlaqə


əsas əlaqələr

 

Fill out your details and we'll get back to you as soon as possible. * required fields

Your details
UTM Section
Your enquiry
Accepted file formats: .doc .pdf .xls .jpg