11 Jan 2019

Aggreko, Britaniya şirkətinin Azərbaycandakı nümayəndəsi Əsaslı xərclər olmadan enerji təchizatı

Aggreko depot and presence in Azerbaijan
 

- “Aggreko” şirkəti artıq Bakıda mobil modul ofisini açıb. Həmin ofis müvəffəqiyyətlə fəaliyyət göstərirmi?

- Bəli, ofis düz bir il əvvəl açılıb. Lakin “Aggreko” ölkədə artıq beş ildən çox fəaliyyət göstərir. Bakıdakı meydança bizim modul tipi üzrə, bizim firma konteynerlərimizdə təşkil etdiyimiz yalnız ofis deyil, həm də istehsalat sahəsi və avadanlıq anbarıdır. Həmin meydançanın olması bizim Qafqaz regionundakı varlığımızı genişləndirməyə imkan verir. Biz, əsasən, neft-qaz, filiz-mədən, gəmiqayırma və tikinti sahələrində ixtisaslaşmışıq, lakin telekommunikasiya sahəsi və əyləncə sənayesində də layihələrimiz var. Şirkətimiz “Şahdəniz-2” platformasının işə salınması, Avropa oyunları - 2015 və Bakıdakı Formula-1 yarışları da daxil olmaqla, ölkənin bir sıra əsas layihələrinin həyata keçirilməsində öz töhfəsini verib.

- Azərbaycanda nümayəndəliyin aşılması ilə bağlı “Aggreko” şirkətinin qərarına nə təsir edib və siz buradakı işinizin effektivliyini necə qiymətləndirirsiniz?

- Azərbaycan - daim dəyişən və dünyaya açılan dinamik ölkədir. Azərbaycanın rəqabət qabiliyyətinə əsasən onun styrateji mövqeyi təsir edir. bu - Avropa, Yaxın Şərq və Asiya arasında qapıdır. Məhz bu amil bizim üçün əsas rol oynadı, üstəlik nəzərə almaq lazımdır ki, GUTA (Gürcüstan, Ukrayna, Türkiyə, Azərbaycan) adı altında yeni bazar “vahidi” yaradılıb.
Azərbaycan iqtisadiyyatı 2014-cü ildə neftin qiymətinin düşməsindən sonra uğurla bərpa olunur və pozitiv dinamika nümayiş etdirir. İqtisadi sabitliyin möhkəmlənməsində təsir edən amillərin arasında - “Şahdəniz-2” yatağından qazın Avropa bazarlarına çatdırılmasını nəzərdə tutan Trans-Anadolu boru kəmər layihəsidir (TANAP). Və əlbəttə ki, nəqliyyat layihələri: Bakı-Tbilisi-Qars dəmit yolu, Bakı Beynəlxalq Dəniz Ticari Limanının tikintisinin birinci fazası, “Şimal-Cənub” nəqliyyat dəhlizi.
Şirkətimiz, demək olar ki, ölkənin infrastrukturunun boru kəməri və nəqliyyatın inkişafı, eləcə də tərsanə və limanların inkişafı ilə bağlı olan bütün iri layihələrdə iştirak edir. Biz bazara effektivliyin artırılması, enerjinin ümumi dəyərinin azaldılması, xidmət üçün xərclərin azaldılması və digər üstünlüklərə yönəldilmiş qənaətli həllər təklif edirik. Bizim avadanlığımız fövqəladə hallar (məsələn, blekautlar) zamanı da öz etibarlılığını təsdiq edib.

- Bazarın digər şirkətləri ilə müqayisədə “Aggreko” hansı üstünlüklərə malikdir?

-   Bizim həllərimizin ən əsas üstünlüyü - onlar üçün əsaslı xərclərin olmamasıdır. Biz dizel, qaz və hibrid generatorlar, enerji toplayıcıları bazasında həllər, temperaturun sənaye idarə olunması avadanlığını işləyib hazırlayır və istehsal edirik, lakin biz onları satmırıq, müxtəlif zaman ərzində icarəyə veririk - bir gün, bir həftə, ay, il, bir neçə il. Əlbəttə ki, bir çox şirkətlər əlavə servis qismində generatorlar təklif edirlər, lakin “Aggreko” üçün icarə - biznes modelidir. Bu deməkdir ki, bizim avadanlığımız müxtəlif iqlim şəraitində yer dəyişdirir və işləyir, onun dizaynı hərəkət etmə, modulluq və qoşulmanın asanlığına yönəlib. Avadanlıq mülkiyyətə alınmır, deməli, kreditləşmə və ya vəsaitlərin müəssisənin dövriyyəsindən çıxarılması hesabına uzun müddətli investisiyalar üçün vəsaitlərin cəlb olunmasına ehtiyac yoxdur. Avadanlıq və ya kilovatt/saat üçün ödənilən məbləğ xərclərə silinir, çünki əməliyyat xərcləridir və vergi tutulmur. Üstəlik - ümumi tikinti işlərində və kommunikasiyaların çəkilməsində, xidmətin dəyəri və əlavə əməkdaşların (energetiklər, mühəndislər) cəlb olunmasında qənaət.

Qabaqcıl şirkətlər hər zaman xərclərin optimallaşdırılması üçün imkanlar axtarır - keyfiyyəti itirmədən və istehsalat effektivliyi azalmadan. “Aggreko” şitkətinin həlləri vəsaitləri bahalı generasiya edən avadamlığın alınmasına və həmin alış ilə bağlı xərclərə deyil, biznesin inkişafına yönəltməyə imkan verir.

- ”Aggreko” şirkəti hazırda hansı perspektiv texnologiyaları mənimsəyir? Azərbaycan və Qafqazda hansı texnologiyalar effektiv şəkildə tətbiq oluna bilər?

-   Bizim üçün hibrid həllərin istiqaməti və onunla bağlı hər bir şey maraqlıdır: məsələn, enerjinin sənaye toplayıcıları. Bir il əvvəl “Aggreko” şirkəti günəş enerjisi və karbohudrogen xammalından istehsal olunan enerjinin kombinasiyası bazasında hibrid həllərin idarə olunmasında, mikroşəbəkələrdə və onların enerjinin toplacıları hesabına optimallaşdırılmasında ixtisaslaşan “Younicos” Alman-amerikan şirkətini alıb. Bu il isə daha bir saziş - proqram platformasının istehsalçısı olan “Origami Energy” şirkətinin 14 % səhmlərinin alışı baş tutub. Bərpa olunan enerji mənbələrinin (BOEM) ümumi enerhi balansında payının artması - bir çox ölkələr üçün yaxın gələcəyin məsələsidir və ünürgetika naziri Pərviz Şahbazovun sözlərinə görə, Azərbaycan da istisna deyil. Ölkədə BOEM inkişafı üçün qanunverici baza yaradılır və artıq BP və Equinor ilə bu sahədə əməkdaşlığa dair danışıqlar aparılır.
Buna görə də, ilk növbədə, yerli bazar üçün bizim hibrid günəş-dizel qurğumuz maraq kəsb edir (Solar-diesel hybrid). Onun sənaye akkumulyatorları ilə birgə istifadəsi elektrik e nerjisinə çəkilən xərcləri azaltmağa, tezlikləri tənzimləməyə, pik yüklənmə qrafiklərini ödəməyə imkan verir.
İkincisi, yanacağın istilik istifadəsi əmsalını artıran kogenerasiya və trigenerasiya sahəsindəki həllərimiz var. bu cür avadanlığın istifadəsi olduqca effektivdir, çünki , onun tətbiqi yanacağın ümumi dəyərini azaldır. “Aggreko” ekoloji təmiz yanacaq və ya qismən bərpa olunan enerji mənbələri əsasında kogenerasiya üçün mini - elektrik stansiyasını istismara verməyi planlaşdırır.
Üçüncüsü, biz sənaye soyutması üçün müvəqqəti həllər təklif edirik - çillerlər, soyuducu qurğu, kondisioner qurğuları. Bizim avadanlığımız pik saatlarında, mövsümi və ya daimi soyutma sisteminin işi zaman istifadə olunur. Bir fakt səciyyəvidir - Azərbaycanın isti iqlimi şəraitində bizim həllərimiz verilən havanın soyutması vasitəsilə QTU-nun effektivliyini artırır: temperaturun 40°С-dən 15°С-dək azaldılması qurğunun gücünü 30 %-dək azalmasının qarşısını alır. Bu da QTU-nun xidmət müddətini artırmağa və istismar xərclərini azaltmağa imkan verir.ş
Sözümü yüklənmə modulları ilə bitirmək istəyirəm. Onlar elektrik enerjisi mənbələrinin yoxlanılması üçün istifadə olunur - dəyişkən elektrik yüklənməsi şərtlərini imitasiya edir. bu cür ilkin sınaqları biz xüsusilə külək parkları üçün aparırıq.
Biz əminik ki, bizim həllərimiz Azərbaycan bazarı tərəfindən layiqincə qiymətləndiriləcəkr, çünki biz effektivliyi artıran və xərcləri azaldan həqiqətən müasir texnologiyalar təklif edirik.


əsas əlaqələr