COVID-19. Aggreko Update

COVID-19. Aggreko Update
 

 

Əziz Dəyərli Müştəri,

Bu qeyri-müəyyən və sürətlə dəyişən dövrlərdə, Aggreko Avrasiya  komandası adından sizinlə əlaqə qurub, COVID-19 pandemiyasına qarşı gördüyümüz tədbirlər və eyni zamanda müştərilərimizə və tərəfdaşlarımıza dəstək olmaq üçün nələr etdiyimizi bildirmək istərdim.

Pandemiyaya ilk reaksiya olaraq, Aggreko Avrasiya  gündəlik vəziyyəti izləmək və Dünya Səhiyyə Təşkilatı (ÜST), Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) və yerli dövət qurumlarından gələn son məlumatlar əsasında təcili qərarlar qəbul etmək üçün COVID-19 ilə bağlı xüsusi bir komitə yaradıb.

Kollektivimizin, dünyadakı müştərilərimizin və tərəfdaşlarımızın sağlamlığı əsas prioritetimizdir və sizləri əmin etmək istəyirik ki, əməliyyatlarımızda ən yüksək səviyyədə sağlamlıq və təhlükəsizlik standartları qorunur.  Tədbirlərimiz bir neçə sahəni əhatə edir:

Sağlamlıq və Təhlükəsizlik:

  • Bütün işçilərimizin koronavirus infeksiyasının əlamətləri, ehtiyat tədbirləri və lazım olduqda atılacaq addımlar barədə tam məlumatlı olmalarını təmin edirik.
  • Qanunvericiliyə mütləq əməl olunmaqla və iş proseslərinin etibarlılığına zəmanət verilməklə işçilərin maksimum sayının evdən işləmək rejiminə keçirilməsi
  • Xarici ezamiyyətdən qayıdan işçilərin ən azı 2 həftə evdən işləmələrini təmin edirik
  • Bölgədəki işçilərimizin biznes üçün qeyri kritik iş səyahətlərinin məhdudlaşdırılması və görüşlərin, mümkün qədər onlayn və video formatında keçirilməsi.
  • Ofislərimizin lazımi antiseptiklərlə təmin edilməsi və bütün ziyarətçilərimizin məcburi bədən hərarətlərinin ölçülməsini təmin edərək, xüsusi bir jurnalda qeydiyyatların aparılması.
  • İş səyahətlərində olan işçiləri vəziyyət haqqında ən son yeniliklərdən xəbərdar edən və hər vəziyyətdə 24/7 dəstək verən xüsusi proqramla təmin edirik.

Biznes və layihələr:

  • Bütün fəaliyyət göstərdiyimiz ölkələrdə hökümətlərin təlimatlarını əməliyyatlarımızın davamlılığı və təchizat zəncirinin fasiləsiz işləməsi üçün daima izləyirik
  • Obyektlərdə iş və təhlükəsizliyə ardıcıl yanaşmanın təmin edilməsi və işlərdə mümkün risk və pozulmaların minimuma endirilməsi məqsədilə müştərilərlə daima qarşılıqlı əlaqə saxlayırıq
  • Mümkün risklərin idarə edilməsi və müştəri tələblərinə uyğunlaşmaq üçün işçilərimizin sahədəki növbə müddətlərinə və digər parametrlərinə nəzarət edirik

Sizə yardım etmək üçün öhdəliklərimiz. Hazırkı çətin mühitdə, bizim biznes modelimiz sizə, kapital xərclər etmədən və sürətli şəkildə  aşağıdakı ( lakin bunlarla məhdudlaşmayan) sahələrə aid məsələləri həll etməkdə köməklik göstərəbilər.

  • Sabit enerji təchizatı, həmçinin fövqəladə hallarda.
  • Temperaturun tənzimlənməsi üçün həllər (isitmə, soyutma, qurutma).

Çətin bir vaxtda olduğumuzu başa düşürük və sizi əmin etmək istəriyirik ki, biz sizin fəaliyyətinizin və işçilərinizin sağlamlığının koronavirus infeksiyasının mənfi təsirinə məruz qalmaması üçün, həmçinin, xidmətlərimizi ən yüksək standartlara uyğun göstərmək üçün əlimizdən gələni edirik.

Əlavə suallarınız yarandığı təqdirdə, müştərilərlə iş üzrə meneceriniz  və ya sizə kömək etməkdən məmnunluq duyacaq nümayəndələrimiz  ilə əlaqə qurmaqdan çəkinməyin.

Hörmətlə,

Alex de Valukhoff.

əsas əlaqələr