Məsuliyyət
Təhlükəsiz, məsuliyyətli və vicdanlı yollarla işləmək
Avadanlıqlarımızın layihələndirilməsindən quraşdırılmasına və istismarına qədər, sağlamlıq və təhlükəsizlik insanlarımız, müştərilərimiz və icmalarımız qarşısında bizim ən ümdə vəzifəmizdir. Buna görə də harada işləməyimizdən asılı olmayaraq, avadanlıqlarımızı istismar edərkən biz qaydalara və standartlara tam və ciddi riayət edirik və vicdanla işləyirik. Bundan başqa, əməkdaşlıq etdiyimiz icmalara öz töhfəmizi veririk. Buraya yerli insanların işə götürülməsi və təlimi, uşaqların rifahına, təhsilinə sağlamlığına sərmayə qoyulması daxildir.
Alternativ yanacaq və enerji mənbələrinə keçid
Enerjiyə yanaşma tərzimidə həmişə mütərəqqi olmağın yolları axtarışındayıq. Bu istiqamətdə istifadə etdiyimiz yollardan biri biodizellə işləmək üçün dizayn edilmiş generatorlardır. Qaz buruqlarında biz izafi təbii qazı əldə edə, saflaşdıra və ondan generatorları yanacaqla təmin etmək üçün istifadə edə bilərik. Gələcəyə baxaraq, biz həmçinin bərpa edilə bilən enerjilər işləyib hazırlayırıq. Buraya akkumulyatorlar və modulyar günəş panelləri daxil olacaq.
Sizə nə lazım olduğunu bizə söyləyin
Sizin üçün uyğun olanı tapmaqda köməklik edəcəyik.