Bizimlə əlaqə saxlayın

Contact Us

Müasir Dövrdə Quldarlıq haqda Qanun

 

Aggreko dünyanın 100-dən çox ölkəsində müştərilərə xidmət göstərən qlobal firmadır. Biz dünyanın hər yerində müəssisələr və evləri elektrik enerjisi və temperatur nəzarəti avadanlıqları ilə təchiz edirik.

Bizim iki istehsalat vahidimiz var. "İcarə Həlləri" istehsalat bölməmiz əsasən inkişaf etmiş bazarlarda geniş çeşiddə sektorları modulyar, səyyar elektrik və temperatur nəzarəti avadanlıqları ilə təchiz edən tranzaksiya biznesidir. "Enerji Həlləri" istehsalat bölməmiz daha çox inkişaf etməkdə olan ölkələrdə fəaliyyət göstərir və həm sənaye həm də kommunal xidmət müştərilərinin enerji ehtiyaclarını qarşılamaq üçün uzunmüddətli və bir çox hallarda mürəkkəb həll variantları təqdim edir. Biz generatorlarımızı Şortlandiyanın Dumbarton qəsəbəsində yerləşən istehsal obyektimizdə hazırlayırıq və avadanlıqlarımızın servisini və təmirini bütün dünyaya yayılmış xidmət mərkəzlərimizdə və anbarlarımızda öz gücümüzlə yerinə yetiririk.

Avdanlıqlarımızın əsas komponentlərini təmin etmək üçün bir neçə əsas ilkin avadanlıq istehsalçıları ilə işləyirik. Həmçinin avadanlıqlarımıza texniki qulluq göstərmək və biznesimizə dəstək olmaq üçün dünyanın hər yerindən müxtəlif tədarükçülərdən geniş çeşiddə mallar və xidmətlər əldə edirik.

Aggreko öz sosial məsuliyyətinə ciddi yanaşır və biznesini ən yüksək etik dəyərlərə uyğun həyata keçirmək məqsədinə sadiqdir. Öz strukturlarımızda yüksək əmək standartlarını tətbiq edirik və işçilərimizin əmin-amanlıqda qalmasını təmin etmək üçün müvafiq əmək, sağlamlıq, təhlükəsizlik və insan hüquqları haqda qanunlara riayət edirik.

2015-ci il Müasir Dövrdə Quldarlıq haqda Qanunun tələbləri baxımından yaxın zamanlarda keçirdiyimiz əmək təcrübələrinin yoxlanması aşağıda göstərilən heç bir halları müəyyən etməmişdir:

  • işçilərin mənəvi və fiziki zorakılıq qorxusu altında işlədilməsi;
  •  işçilərin mənəvi və ya fiziki zorakılıq altında və ya zorakılıq qorxusu ilə sahiblənməsi və ya idarə edilməsi;
  • işçilərlə qeyri-insani rəftar edilməsi, onlara əmtəə kimi baxılması və ya əmlak kimi alınıb satılması; və ya
  • işçilərə fiziki məhdudiyyətlər qoyulması və ya hərəkət azadlğının məhdudlaşdırılması (məsələn, pasportların alınıb saxlanması və ya hərəkətlərin izlənməsi).

Rəhbər vəzifəli işçilərimiz müntəzəm olaraq obyektlərə səfərlər edirlər və biz müntəzəm olraq işçilər arasında anket-sorğular keçiririk ki, onları narahat edən məsələlər barədə məlumat verə bilsinlər. Bizim həmçinin narahatlıq doğuran məsələlərə dair məlumat verilməsi üçün anonim, məxfi, kənardan xəbərçilik əsasında qaynar xəttimiz vardır. 2016-cı ildə hər hansı belə təcrübələrin şirkətimiz daxilində mövcudluğuna dair bizə heç bir məlumat daxil olmamışdır.

Biz əsas işçilərimizi qırmızı bayraqlar barədə xəbərdar etməyi planlayırq ki, müasir dövrdə quldarlıqla bağlı narahatlıqlar üzə çıxarıla bilin və onlara hər hansı belə narahatlıq aşkar edildikdə necə reaksiya göstərəcəkləri izah edilsin.

Biz həmçinin öz tədarükçülərimizdən işçilərin müdafiə edilməsi ilə bağlı eyni yanaşmanın qəbul edilməsini gözləyirik. Bütün tədarükçülərimizdən imzalanması tələb edilən Tədarükçünün Davranış Məcəlləsi onlardan tələb etdiyimiz minimum standartları müəyyən edir. O, xüsusilə tədarükçülərimizdən işçilərin fundamental hüquqlarına riayət etməyi tələb edir, o cümlədən:

  • işçilərə yerli qanunlara uyğun olaraq ödənişlərin edilməsi;
  • işçilərin maksimum yol verilən gündəlik iş saatından artıq işlədilməməsi;
  • işçilərin əmək şuraları yaratmaqda və ya onlara qoşulmaqda azad olması; və
  • işçilərin hər hansı məcburi, qeyri-könüllü və ya borclandırılmış əməyə məcbur edilməsi

Bundan başqa, mövcud tədarükçülərimizlə bağlı risklərin qiymətləndirilməsini aparmışıq. Biz, 2016-cı il Qlobal Quldarlıq İndeksinə uyğun olaraq, müasir quldarlığın geniş yayıldığı ölkələrdə yerləşən səriştəsiz əmək qüvvəsi, təhlükəsizlik xidmətləri, təmizlik xidmətləri təqdim edən tədarükçüləri və ilkin avadanlıq istehsalçılarını müəyyən etmişik. Biz hal-hazırda həmin tədarükçülərdən Davranış Məcəlləmizə uyğunluqlarını təsdiq etməyi tələb edirik. 2017-ci ildə biz bu tələbi bütün mövcud tədarükçülərimiz arasında yayacayıq.

Biz bu addımların atılmasını müasir dövrdə quldarlıqla bağlı qarşılaşdığımız risklərə proporsional cavab hesab edirik. Biz bu sahədə risklərin monitorinqini davam etdiririk və vəziyyəti nəzarətdə saxlayırıq və belə risklərin artması halında müvafiq reaksiya göstərməyə hazırıq.

Bəyannamə
Bu bəyanat 2015-ci il Müasir Quldarlıq haqda Qanunun 54(1)-ci maddəsinə uyğun olaraq verilir və 2016-cı maliyyə ilində şirkətlər qrupumuzun quldarlıq və insan qaçaqmalçılığı haqda bəyanatından ibarətdir.

 

Sizə nə lazım olduğunu bizə söyləyin

Sizin üçün uyğun olanı tapmaqda köməklik edəcəyik.