Bizimlə əlaqə saxlayın

Contact Us

Yanacaq idarəetmə sistemi

Aggreko dizel generator yanacaq idarə etməsi

Biz işləri asanlaşdırmağa çalışırıq

Hər şey mükəmməl formada işlədikdə, ən sonuncu iş yanacağın çatışmaması və ya avadanlığın dayanmasıdır. Çirkli dizellə çirklənmiş avadanlığın təmizlənməsi və ya sazlanması sizə lazımolmayan əlavə işdir. Biz bu baş ağrısını üzərimizə götürə bilərik:

  • İstifadənizə əsasən yanacaq ehtiyacınızı hesablamaq və çatdırılmaların planlanması.
  • Yanacaq üçün fövqəladə hal olduqda gecə və ya gündüz yardım etmək.
  • Bizim yanacağın ən yüksək keyfiyyətdə olmasına və çirklərdən azad olmasına əminlik.
  • Maksimal səmərəlilik üçün yanacaq çənlərinin düzgün ölçüsünü təmin etmək.
  • Axma riskinin kənarlaşdırılması.

Minimal pozuntu, maksimal səmərəlilik

Cədvələ razılıq verilərsə, ərazinizə maneəçilik törətmədən hər zaman çatdıra bilərik. Biz mütəxəssis maşıənlarını istifadə edərək yanacağı nəql edirik, beləliklə biz hər sahəyə girə bilərik. Və sizə əlavə çatdırılma lazım olarsa - və ya daha az lazım olarsa - biz onu çevik şəkildə yerinə yetiririk.

bizim qiymətlər rəqabət qabliyyətlidir və biz sizə çatdırılmaya görə pul ödəmənizi tələb etməyəcəyik. Biz yanacağı ən səmərəli yolla paylaşdırdığımız üçün siz yalnız əldə etdiyiniz məhsula görə ödəyirsiniz.

Bundan əlavə biz xərclərinizin həcmini bilmək üçün sizə istifadə hesabatını da müntəzəm şəkildə göndərə bilərik. 

 

Sizə nə lazım olduğunu bizə söyləyin

Sizin üçün uyğun olanı tapmaqda köməklik edəcəyik.