Bizimlə əlaqə saxlayın

Bizimlə əlaqə saxlayın

İstehsalat

maşında çalışan əməkdaş

Getdikcə artan tələbat

Bəs enerji təchizatını dayanıqlı edə bilmək və uğurlu inkişaf tendensiyasını qoruyub saxlamaq üçün istehsalçılar nə etməlidir?

 

Getdikcə artan tələbatın öhdəsindən gəlmək üçün müəssisənin istehsal xəttinin verdiyi hazır məhsulun həcmi artmalıdır.  Ancaq bu, heç də həmişə asan başa gəlmir. 

İstehsal xəttinin avadanlığı və obyektin infrastrukturu əvvəldən investisiya qoyuluşundan optimal gəlirin əldə edilməsini təmin edəcək ölçülərdə qurulur və bu zaman texniki xidmət, təmir işləri zamanı məcburi boş dayanma müddətləri də nəzərə alınır. Ehtiyat avadanlıq və resurslar olmadan uzun müddət ərzində tam istehsal tutumu ilə işləyə bilmək üçün istehsal proseslərinin genişləndirilməsi və intensivləşdirilməsi mövcud istehsal xəttini ciddi dərəcədə yükləyə bilər.

Bu baxımdan müəssisələr əvvəl axır mövcud obyekt daxilində istehsal xəttinin ölçülərinin böyüdülməsi ya da istehsalın əlavə, daha böyük meydançaya köçürülməsi dilemması ilə üzləşir. 

 

Tələbin həcmində baş verən dəyişikliklərə dayanıqlılığı itirmədən uyğunlaşmaq qabiliyyəti əksər müəssisələr üçün sadəcə zəruri maliyyə resursları və kapital xərclərinin təsdiqlənməsi (xüsusilə də iqtisadiyyatda qeyri-müəyyənliyin hökm sürdüyü şəraitdə) baxımından deyil, həm də praktiki baxımdan ciddi problemə çevrilə bilər. 

Genişlənmə enerjiyə olan ehtiyacın artması mənasına gəlir

İstehsalçıların istehsal prosesində sirkulyasiya nasosları və ya konveyer sistemləri kimi avadanlığı işlədə bilmək yaxud da soyuducu qurğularında soyutmanı təmin edə bilmək üçün elektrik enerjisindən və termal enerjidən istifadə etdiyi bütün hallarda istehsal həcminin artırılması tələb olunan enerjinin miqdarını da artırır. Ancaq əksər hallarda bu, müəyyən məhdudiyyətlərlə xarakterizə olunur.

  • Yerli elektrik şəbəkəsinin enerji tutumu məhduddurmu, başqa sözlə enerji təchizatına tələbatı artıran təkmilləşdirmələr aparıla bilərmi?

  • Paylayıcı sistemin operatoru tələb olunan əlavə gücü mövcud şəbəkədən təmin edə bilərmi? Bu, hansı sürətlə icra oluna bilər? 

  • Güc istehlakının artırılması üçün müfəssəl planın hazırlanmasına ehtiyac varmı? Bəs elektrik şəbəkəsinin təkmilləşdirilməsi necə olsun? Axı istehsal meydançasına verilən enerjinin artırılması üçün uzun müddət lazım gələ bilər (bəzən bir neçə il). 

 

İstehsal meydançasının enerji təchizatının artırılması praktiki baxımdan mümkün və ya məqsədəuyğun olmadığına yaxud da əlavə enerji verilməsi mümkün olmadığına görə genişlənmə planlarının bir müddət təxirə salındığı və müəssisənin belə gecikməyə heç bir şəkildə yol verə bilmədiyi hallarda müvəqqəti güc və soyutma qurğularından istifadə məqbul seçim hesab edilə bilər

 

 

Məhsullarımızı aşkar edin

 

Sizə nə lazım olduğunu bizə söyləyin

Sizin üçün uyğun olanı tapmaqda köməklik edəcəyik.