Neft-kimya və emalı
“Biz elektrik kəsintilərinin sizin ən qorxulu yuxunuz olduğunu bilirik, buna görə də sizə tez bir zamanda normal fəaliyyətinizə geri qayıtmaq üçün köməklik edəcəyik”
Çətin şərtlərdə zavodlarınızın işləməsini davam etdirin
Hər keçən gün keyfiyyətini itirən avadanlıqlarınız və illik texniki təmirlər ilə qarşılaşdığınız zamanlarda, zavodunuzu təhlükəsiz, məhsuldar və xərclərə qənaət edəcək səviyyədə necə saxlayırsınız? Bu, dünyanın fərqli nöqtələrində, müştərilərimiz üçün həll etdiyimiz bir problemdir.
Biz, müəssisələrdə baş verən problemləri və fövqəladə vəziyyətləri rəqiblərimizdən daha sürətli şəkildə həll etmə bacarığımıza görə tanınırıq. Sizin itirəcək bir anınız belə olmadığı çətin zamanlarda biz enerji, isitmə, soyutma və qurutma avadanlıqlarını sürətli şəkildə sizə çatdıra bilərik.
Lakin bizim təqdim etdiyimiz xidmətlər avadanlıq kirayəsi ilə sərhədli deyil. Təcrübəli texniki mütəxəssislərimiz və mühəndislərimiz sizin mövcud avadanlıqlarınızı və sistemlərinizi risklərə qarşı qiymətləndirib, daha sonra zavodunuz üçün ən uyğun məsləhətlərini verib, dizayn edib və həyata keçirirlər.
Beləliklə, neft kimya və emal əməliyyatlarına gəldikdə, biz sadəcə təchizatçı deyilik- biz sizinlə uzun müddətli etibarlı partnyoruq.
Zavodunuzu işlək saxlayın
Planlaşdırılmış təmirdən, gözlənilməz elektrik kəsintilərinə kimi, biz günlər və həftələr ərzində qısa müddətdə layihələri hazırlayır və həyata keçiririk- bu isə dayanma vaxtının və xərclərin azalmasıdır. Biz bilirik ki, sizin ən çox narahat olduğunuz məsələ elektrik kəsintisidir, məhz bu səbəbdən işlərinizin əvvəlki axarına qayıtması üçün köməklik edəcəyik. Bundan əlavə olaraq, avadanlıqlarımızı sizin zavodunuzun xüsusi ehtiyacına uyğunlaşdıra bilərik
Gəlir və mənfəətinizi artırın
Sıxıntılar və fəsillə bağlı hallar müəssisənin təməl sistemində axsaqlıqlara səbə ola bilər. Biz fəaliyyətiniz üçün daha effektiv yollar təyin etməkdən ötrü, proseslərinizi qiymətləndirirərək, düzəlişlər etmək məqsədilə sizinlə əməkdaşlıq edə bilərik. Mütəxəssis mühəndislərimizin köməyi ilə siz axsaqlıqları aradan qaldıraq, istehsalatı artıraraq, kapital ilə əlaqədar problemlərin öhdəsindən gəlib və tələb olunan məhsulun xüsusiyyətlərinə tam cavab verə bilərsiniz. Bizim yanaşmamız müştərilərimizə nəzərə çarpacaq səviyyədə nəticələri təqdim edir, əksər layihələrdə ilkin qoyulan investisiyanın geri əldə edildiyi görülür.
Nəticələri təmin edən misilsiz sənaye təcrübəsi
Biz istədiyiniz avadanığı təmin edə bilərik - lakin bu heç də həmişə ən yaxşı yanaşma deyil. Sizin avadanlığınız ehtiyaclarınıza cavab verməlidir. Ehtiyacdan artığı, yanacaq israfına və lazım olandan artıq enerji üçün ödəməyə; ehtiyacdan azı isə tələb artıqda tələbə cavab verməyə bilər.
Biz neft kimya və emal zavodlarının tələblərinin necə dəyişə biləcəyini bildiyimiz üçün kirayə avadanlığımızı buna uyğunlaşdırırıq. Sonra biz onu ciddi texniki baxış cədvəli ilə, bütün saat boyu monitorinq və texniki dəstəklə daha da etibarlı hala gətiririk.
"Aggreko'nun avadanlıqlarını, mühəndislik dizaynını və ərazi dəstəyini istifadə edərək, hədəflərimizi hər bir dönüşdə kritik olan bir müddətdə yerinə yetirdik".
“ Yüksək benzin istiliyi buxar paylama vahidini sıxaraq, yanacağın paylanması qabiliyyətimizi təhdid etməyə başladığında biz dərhal Aggrekoya müraciət etdik. Yerli ofis həftə sonu cavablandırdı və bazar ertəsi təsdiqlənmə üçün dizayn sistemi hazır idi. "
Sizə nə lazım olduğunu bizə söyləyin
Sizin üçün uyğun olanı tapmaqda köməklik edəcəyik.